Psixoloji məqalələr

Psixologiyanı doğru və etibarlı mənbədən öyrənin.

Psixologiya və psixoterapiya mövzularını mütəxəssislərimizin elmi əsaslı yazıları ilə sadə və anlaşılan şəkildə kəşf edin.

Qidalanma Pozuntuları (Eating Disorders)

Qidalanma Pozuntuları (Eating Disorders)

Qidalanma pozuntusu qida qəbulunun və qidalanma davranışının pozulması ilə xarakterizə olunan psixi sağlamlıq problemidir. Bu pozuntular insanın gündəlik həyatına, münasibətlərinə, emosional vəziyyətinə və fiziki sağlamlığına mənfi təsir göstərir.

21-07-2026Səbinə Vəliyeva
Rəqəmsal Dövrdə Görünməyən Təhlükə (İnternet Asılılığı )

Rəqəmsal Dövrdə Görünməyən Təhlükə (İnternet Asılılığı )

Müasir dövrdə internet həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Təhsil, iş, ünsiyyət, əyləncə və gündəlik ehtiyaclarımızın böyük hissəsi internet vasitəsilə qarşılanır. Lakin internetdən həddindən artıq və nəzarətsiz istifadə bəzi insanlarda psixoloji, sosial və fiziki problemlərə səbəb olur. İnternetin özü problem deyil. Problem insanın internetdən istifadə üzərində nəzarəti itirməsi və bu davranışın gündəlik həyatına mənfi təsir göstərməsidir.

07-07-2026Səbinə Vəliyeva
Uşaqlarda və Yeniyetmələrdə Obsesiv-Kompulsiv Pozuntu: Valideynlər və Müəllimlər Nələri Bilməlidirlər?

Uşaqlarda və Yeniyetmələrdə Obsesiv-Kompulsiv Pozuntu: Valideynlər və Müəllimlər Nələri Bilməlidirlər?

Obsesiv-Kompulsiv Pozuntu (OKP) uşaqlıq və yeniyetməlik dövründə ən çox rast gəlinən psixi sağlamlıq problemlərindən biridir. Bir çox valideyn və müəllim təkrarlanan davranışları sadəcə xarakter xüsusiyyəti və ya vərdiş kimi qiymətləndirsə də, bəzi hallarda bu davranışlar daha ciddi psixoloji çətinliyin göstəricisi ola bilər.

07-07-2026Nərgiz Hüseynova
Bir seansla sağalmaq mümkündürmü?

Bir seansla sağalmaq mümkündürmü?

Psixoterapiyaya müraciət etməyi düşünən şəxslərin tez-tez verdiyi suallardan biri budur: "Narahatlığımı aradan qaldırmaq üçün neçə seans lazımdır?" Bəzən isə gözlənti daha da yüksək olur: "Bir seansda problemimi tamamilə həll etmək mümkündürmü?"

25-06-2026Aynur Həsənzadə
Mənanın susduğu yerdə

Mənanın susduğu yerdə

Bəzən insan həyatına kənardan baxanda hər şey qaydasında görünür: işi var, gündəlik rutini davam edir, sosial əlaqələri mövcuddur. Amma buna baxmayaraq, daxilində izah etməkdə çətinlik çəkdiyi bir boşluq hissi qalır. Sanki həyat davam edir, amma insan onun içində tam iştirak etmir.

25-06-2026Nərgiz Hüseynova
Niyə beynimiz ən pis ssenarilərə inanmağa daha meyllidir?

Niyə beynimiz ən pis ssenarilərə inanmağa daha meyllidir?

Bir çox insan bu hissi tanıyır: gec cavab verilən bir mesaj, gözlənilməz bir telefon zəngi və ya necə yekunlaşacağını bilmədiyiniz qeyri-müəyyən bir hadisə zamanı ağlımıza dərhal pis ehtimallar gəlir. Hadisə haqqında hər hansı məlumatımız olmadığı zaman belə, ağlımız çox vaxt ən pis ehtimalların baş verdiyini düşünməyə yönəlir. Bəzən isə bu ssenarilər o qədər inandırıcı görünür ki, onlara ehtimal kimi deyil, reallıq kimi yanaşmağa başlayırıq.

25-06-2026Aynur Həsənzadə
Sağlam münasibətlər niyə bəzən darıxdırıcı görünür?

Sağlam münasibətlər niyə bəzən darıxdırıcı görünür?

Bir çox insan münasibətlərdə maraqlı bir ziddiyyət yaşayır: hörmət, etibar və emosional təhlükəsizlik üzərində qurulan sağlam münasibətlər bəzən gözlənilən qədər həyəcanlı hiss olunmur. Bunun əksinə, qeyri-müəyyənlik, emosional eniş-yoxuşlar və ya əlçatmazlıq olan münasibətlər daha güclü hisslər yarada bilir.

25-06-2026Aynur Həsənzadə
Yemək istəyi, yoxsa qarşılanmamış bir ehtiyac? Emosional yemənin görünməyən tərəfi

Yemək istəyi, yoxsa qarşılanmamış bir ehtiyac? Emosional yemənin görünməyən tərəfi

Bir çox insan bu vəziyyəti tanıyır. Gün ərzində fiziki olaraq çox ac olmamağınıza baxmayaraq, stresli bir görüşdən, mübahisədən və ya emosional cəhətdən yorucu bir gündən sonra özünüzü soyuducunun qarşısında tapa bilərsiniz. Belə anlarda yemək istəyi hər zaman aclıqdan qaynaqlanmır. Bəzən yemək sadəcə çətin emosiyalarla mübarizə aparmağı bir yoluna çevrilir.

25-06-2026Aynur Həsənzadə
Стресс у всех один. Почему мы реагируем по-разному?

Стресс у всех один. Почему мы реагируем по-разному?

Стресс является неотъемлемой частью жизни каждого человека. Проблемы на работе, трудности в отношениях, финансовые переживания, вопросы здоровья или неожиданные жизненные события — всё это может стать источником напряжения. Однако интересно то, что одна и та же ситуация может по-разному влиять на разных людей. Кто-то быстро адаптируется и находит решение, а кто-то надолго погружается в тревогу и переживания.

25-06-2026Nərgiz Hüseynova
Münasibətdə “Biz” Olarkən “Mən”i Qorumaq

Münasibətdə “Biz” Olarkən “Mən”i Qorumaq

Romantik münasibətlərdə sevgi çox vaxt iki insanın bir-birinə yaxınlaşması, həyatlarını paylaşması və güclü emosional bağ qurması kimi təsvir olunur. Lakin sağlam münasibətlərin təməlində təkcə yaxınlıq deyil, eyni zamanda fərdiliyin qorunması da dayanır. Məhz bu nöqtədə psixoloji sərhədlər anlayışı ön plana çıxır. Psixoloji sərhədlər insanın öz emosiyalarını, düşüncələrini, ehtiyaclarını və şəxsi məkanını qorumasına imkan verən görünməz, lakin vacib mexanizmlərdir.

22-06-2026Nərgiz Hüseynova
Gecələr  Beynimiz Niyə "Susmur"?

Gecələr Beynimiz Niyə "Susmur"?

Yatağa uzanırsınız, işığı söndürürsünüz və nəhayət dincəlməyə hazırlaşırsınız. Amma elə həmin anda beyniniz sanki fəaliyyətə keçir: “5 il əvvəl o məclisdə dediyim o söz nə idi görəsən?” “Sabahkı iclasda hər şey istədiyim kimi getməsə nə olacaq?” “Həyatımla bağlı doğru qərarlar verirəmmi?” Bədəniniz yorğun olsa da, zehniniz keçmişlə gələcək arasında gəzişməyə başlayır. Və siz yuxuya getməyə çalışdıqca, düşüncələr bir-birinin ardınca gəlməyə davam edir.

16-06-2026Səbinə Vəliyeva
Daxilimizdəki görünməyən müharibələr

Daxilimizdəki görünməyən müharibələr

Dəyişmək istədiyimiz halda dəyişə bilmədiyimiz anlar demək olar ki, hər kəsə tanışdır. Bir tərəfimiz yeni addımlar atmaq, fərqli davranmaq və həyatımızı dəyişdirmək istəyərkən, başqa bir tərəfimiz geri çəkilir, tərəddüd edir və ya müqavimət göstərir. Belə vəziyyətlərdə insanlar çox zaman bu daxili ziddiyyəti iradə zəifliyi kimi şərh edirlər. Özlərini motivasiyasız, qərarsız və ya hətta özlərinə mane olan biri kimi görməyə başlayırlar. Halbuki psixoloji baxımdan məsələyə daha yaxından baxdıqda, dəyişimin qarşısında duran şeyin həmişə iradə çatışmazlığı olmadığını görürük. Bəzən problem daxilimizdə eyni anda fərqli ehtiyaclara, qorxulara və məqsədlərə sahib tərəflərin mövcud olmasıdır.

10-06-2026Nərmin Quliyeva
Hamiləliyin sonlanması: Tanınmayan bir yasın izində

Hamiləliyin sonlanması: Tanınmayan bir yasın izində

Cəmiyyətdə itki deyildikdə çox vaxt ağla ölüm gəlir. Bir insanın vəfatı, münasibətin sonlanması və ya həyatımızda konkret yeri olan bir şeyin itirilməsi. Halbuki bəzi itkilər var ki, onlar görünən bir varlığın yoxluğu ilə deyil, gələcəyə dair bir ehtimalın itirilməsi ilə bağlıdır.

10-06-2026Nərmin Quliyeva
Süni intellekt psixoterapiyanı əvəz edə bilərmi?

Süni intellekt psixoterapiyanı əvəz edə bilərmi?

Son dövrlərdə sosial mediada süni intellektin psixoterapiyanı əvəz edib-edə bilməyəcəyi ilə bağlı müzakirələrə rast gəlməmək demək olar ki, mümkün deyil. Kimisi AI-nin gələcəyin terapevti olacağını düşünür, kimisi isə onun artıq bəzi terapevtlərdən daha faydalı olduğunu iddia edir. Bu yazıda məqsədim nə süni intellektə qarşı çıxmaq, nə də texnologiyanın yaratdığı imkanları kiçiltməkdir. Əksinə, mən də gündəlik həyatımda və işimdə süni intellektdən istifadə edir və onun potensialına inanıram. Amma eyni zamanda düşünürəm ki, bu müzakirələr fonunda psixoterapiyanın nə olduğu ilə bağlı vacib bir qarışıqlıq yaranmağa başlayıb.

10-06-2026Nərmin Quliyeva
Yalnızlıq epidemiyası: İnsanlar niyə heç olmadığı qədər əlaqədə, amma bir o qədər təkdir?

Yalnızlıq epidemiyası: İnsanlar niyə heç olmadığı qədər əlaqədə, amma bir o qədər təkdir?

Texnologiyanın inkişafı ilə birlikdə insanlar arasındakı məsafələr heç olmadığı qədər qısalıb. Bu gün dünyanın digər ucundakı biri ilə saniyələr içində əlaqə saxlamaq, yüzlərlə insanın gündəlik həyatını izləmək və istənilən vaxt birinə mesaj yazmaq mümkündür. İlk baxışdan bu qədər əlaqə imkanının insanları bir-birinə daha yaxınlaşdıracağını düşünmək olar. Lakin son illərdə aparılan araşdırmalar bunun əksini göstərir. İnsanlar heç olmadığı qədər bir-biri ilə əlaqədə olsalar da, eyni zamanda özlərini heç olmadığı qədər yalnız hiss edə bilirlər.

10-06-2026Nərmin Quliyeva
Romantik Münasibətlərdə Doğru Bildiyimiz 5 Böyük Yanlış

Romantik Münasibətlərdə Doğru Bildiyimiz 5 Böyük Yanlış

Hər birimiz filmlərdən, kitablardan və ya sosial mediadan təsirlənərək münasibətlər haqqında bəzi ideallaşdırılmış qəliblər yaradırıq. Lakin real həyatda bu "miflər" sağlam əlaqələrə kömək etmək əvəzinə, onları zədələyir. Gəlin, ən çox inandığımız 5 yanlışa psixoloji pəncərədən baxaq:

08-06-2026Səbinə Vəliyeva
Travmadan Sonra “Mən Günahkaram” Düşüncəsi Niyə Yaranır?

Travmadan Sonra “Mən Günahkaram” Düşüncəsi Niyə Yaranır?

Travmatik hadisələrdən sonra bir çox insan yalnız qorxu, kədər və ya qəzəb deyil, həm də güclü günahkarlıq hissi yaşayır. Elmi araşdırmalar göstərir ki, travma ilə əlaqəli günahkarlıq posttravmatik stress pozuntusunun (PTSP) yaranması və davam etməsi ilə əlaqəli olan mühüm amillərdən biridir.

06-06-2026Nigar Xalıqova
Yeniyetməlik Yaş Dövrü Niyə Keçid Yaş Dövrü Hesab Edilir?

Yeniyetməlik Yaş Dövrü Niyə Keçid Yaş Dövrü Hesab Edilir?

Yeniyetməlik dövrü insan inkişafının ən mühüm mərhələlərindən biridir. Bu dövr uşaqlıqdan yetkinliyə keçid mərhələsi olmaqla fiziki, psixoloji, emosional və sosial sahələrdə əhəmiyyətli dəyişikliklərlə xarakterizə olunur. Məhz bu səbəbdən yeniyetməlik dövrü inkişaf psixologiyasında "keçid yaş dövrü" adlandırılır. Bu mərhələdə baş verən dəyişikliklər yeniyetmənin özünü dərk etməsinə, şəxsiyyətinin formalaşmasına və cəmiyyətdəki rolunun müəyyənləşməsinə təsir göstərir.

06-06-2026Ləman Nağıyeva
Почему мне трудно выражать свои мысли и    чувства?

Почему мне трудно выражать свои мысли и чувства?

Многие люди сталкиваются с ситуацией, когда они понимают, что думают и чувствуют, но не могут ясно выразить это словами; в разговоре они могут замыкаться, долго подбирать слова или испытывать внутренний «ступор». С точки зрения современной психологии, это не просто коммуникативная трудность, а сложный процесс, связанный с когнитивными, эмоциональными и социальными механизмами.

06-06-2026Nərgiz Hüseynova
Bağlanma stili və onların həyatımıza təsiri

Bağlanma stili və onların həyatımıza təsiri

Heç düşünmüsünüzmü, niyə bəzi insanlar münasibətdə partnyoruna tez bağlanır və hər an onu itirməkdən qorxur, digərləri isə yaxınlıq yarandıqca özünü geri çəkir və emosional olaraq uzaqlaşır?

03-06-2026Səbinə Vəliyeva
Həyat sabit və düz xətt üzrə gedən bir proses deyil

Həyat sabit və düz xətt üzrə gedən bir proses deyil

Həyat sabit və düz xətt üzrə irəliləyən bir proses deyil. İnsan zaman-zaman gözlənilməz dəyişikliklər, itkilər, münasibətlərin pozulması və emosional sarsıntılarla qarşılaşır.

21-05-2026Nərgiz Hüseynova
Tənqid və Tənqidə Qarşı Reaksiya

Tənqid və Tənqidə Qarşı Reaksiya

Gündəlik həyatda hər birimiz tənqidlə qarşılaşırıq. Bəs niyə bəzi tənqidlər bizi inkişaf etdirir, bəziləri isə daxili dünyamızda çətinliklər yaradır? Psixologiya elmi tənqidi sadəcə bir "rəy" deyil, mürəkkəb bir koqnitiv və emosional proses kimi nəzərdən keçirir.

21-05-2026Səbinə Vəliyeva
Qəzəbə Qarşı İmmunitet Formalaşdırılması

Qəzəbə Qarşı İmmunitet Formalaşdırılması

“Qəzəbi içində saxlamaq, əlində başqasına atmaq niyyəti ilə isti kömür tutmağa bənzəyir; yanan sən olursan.” – Buddha

16-05-2026Nigar Xaliqova
Depressiya nədir?

Depressiya nədir?

Depressiya fərdin emosional vəziyyəti, düşüncə prosesləri və bioloji tənzimləmə sistemlərinə eyni anda təsir edən kompleks bir psixi sağlamlıq vəziyyətidir. Bu vəziyyət gündəlik dildə tez-tez “kədər” və ya “ruh düşkünlüyü” ilə qarışdırılsa da, klinik baxımdan daha dərin və çoxqatlı mexanizmlərə əsaslanır. Gündəlik dildə “depressiya” kimi qeyd olunan bu klinik vəziyyət, DSM-5 (Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı) meyarlarına görə Major Depressiv Pozuntu kimi təsnif edilir.

09-05-2026Aynur Həsənzadə
Maddə asılılığında psixoterapiya həqiqətən effektivdirmi?

Maddə asılılığında psixoterapiya həqiqətən effektivdirmi?

Maddə asılılığı ilə bağlı ictimaiyyətdə bu cür fikirlər səslənir: “insan əgərhəqiqətən istəsə, istifadəni özü dayandırar”, “sadəcə iradəli olmaq lazımdır” və ya “psixoloji dəstək maddə asılılığında heç bir rol oynamır”. Bu yanaşmalar maddənin beyində yaratdığı təsirlərdən xəbərdar olmayan fərdlər üçün ilk baxışda məntiqli görünsə də, bu cür ifadələr asılılığın neyrobioloji və psixoloji mexanizmlərini nəzərə almır.

09-05-2026Aynur Həsənzadə
Obsesiv-Kompulsiv Pozuntu müalicəsində CBT və ERP yanaşmaları

Obsesiv-Kompulsiv Pozuntu müalicəsində CBT və ERP yanaşmaları

Obsesiv-Kompulsiv Pozuntu (OKP), zehnə kontrolsuz və istənmədən gələn, narahatlıq yaradan düşüncələr (obsessiyalar) və bu narahatlığı azaltmaq üçün edilən təkrarlanan davranışlar və ya zehni aktlar (kompulsiyalar) ilə xarakterizə olunan bir psixi sağlmalıq vəziyyətidir.

09-05-2026Aynur Həsənzadə
Panik atakla bağlı 5 mif

Panik atakla bağlı 5 mif

Panik atak, qəfil başlayan və qısa müddətdə intensivləşən güclü qorxu və ya narahatlıq epizodudur. Bu epizodlar zamanı ürək döyüntüsünün sürətlənməsi, nəfəs darlığı, başgicəllənmə və nəzarəti itirmə hissi kimi simptomlar müşahidə oluna bilər.

09-05-2026Aynur Həsənzadə
Psixoloq, psixiatr, klinik psixoloq və psixoterapevt fərqi: kimə müraciət etməlisiniz?

Psixoloq, psixiatr, klinik psixoloq və psixoterapevt fərqi: kimə müraciət etməlisiniz?

Psixoloq, psixoterapevt və psixiatr arasındakı fərq nədir? Hansı mütəxəssisə müraciət etməlisiniz? Psixoloqa müraciət etmək kifayətdirmi, yoxsa psixiatra da müraciət etmək lazımdır? Klinik psixoloq və psixoterapevt kimdir? Onlar psixoloqdan nə ilə fərqlənirlər? - Bu suallar psixoloji xidmət sahəsində tez-tez qarışdırılan və düzgün mütəxəssis seçimini çətinləşdirən əsas məqamlardan birini təşkil edir.

09-05-2026Aynur Həsənzadə
Bizə müraciət edin