Məxfilik
Məxfilik siyasəti
1. Ümumi məlumat
Bu Məxfilik Siyasəti Mayak Kliniki Psixologiya Mərkəzi veb-saytından istifadə edən istifadəçilərin şəxsi məlumatlarının necə toplandığı, saxlanıldığı, istifadə edildiyi və qorunduğu barədə məlumat verir.
Platformamızdan istifadə etməklə, seansa qeydiyyatdan keçməklə və ya xəbər bülleteninə abunə olmaqla, istifadəçilər bu sənəddə göstərilən qayda və şərtlərlə razılaşmış hesab olunurlar.
Mayak Kliniki Psixologiya Mərkəzi istifadəçilərinin məxfiliyini qorumağı öhdəsinə götürür və şəxsi məlumatların təhlükəsiz saxlanılması üçün müasir texniki və təşkilati tədbirlərdən istifadə edir.
2. Toplanan məlumatlar və onların istifadəsi
Mayak Kliniki Psixologiya Mərkəzi istifadəçilərin seanslara qeydiyyatdan keçməsi və xidmətlərdən istifadə etməsi üçün müəyyən şəxsi məlumatları toplayır.
Bu məlumatlara aşağıdakılar daxildir:
- ad və soyad;
- e-mail ünvanı;
- mobil telefon nömrəsi;
- seçilən xidmət;
- seans formatı: onlayn və ya oflayn;
- seans tarixi, günü və saatı;
- istifadəçi tərəfindən əlavə edilən qeyd və ya mesaj.
Bu məlumatlar seansın düzgün təşkili, istifadəçi ilə əlaqə saxlanılması, rezervasiyanın təsdiqlənməsi, seans vaxtının idarə edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə istifadə olunur.
İstifadəçi veb-saytın aşağı hissəsində yerləşən abunə formasına e-mail ünvanını daxil etdikdə, həmin e-mail ünvanı xəbər bülletenləri, yeniliklər və məlumat xarakterli bildirişlərin göndərilməsi üçün istifadə oluna bilər. İstifadəçi istənilən vaxt abunəlikdən imtina edə bilər.
3. Məlumatların saxlanılması və təhlükəsizliyi
Bütün məlumatlar təhlükəsiz serverlərdə saxlanılır və müasir şifrələmə metodlarından istifadə olunmaqla qorunur. Məlumatlara yalnız səlahiyyətli şəxslər çıxış edə bilər.
Mayak Kliniki Psixologiya Mərkəzi istifadəçilərin fərdi məlumatlarını xidmətlərin göstərilməsi, seans tarixçəsinin idarə olunması, daxili uçotun aparılması, arxivləşdirmə, hüquqi öhdəliklərin icrası və xidmət keyfiyyətinin artırılması məqsədilə saxlayır.
4. Məlumatların üçüncü şəxslərlə paylaşılması
Mayak Kliniki Psixologiya Mərkəzi istifadəçilərin şəxsi məlumatlarını satmır və kommersiya məqsədilə üçüncü şəxslərlə paylaşmır.
Məlumatlar yalnız aşağıdakı hallarda üçüncü şəxslərlə paylaşıla bilər:
- xidmətin göstərilməsi üçün texniki tərəfdaşlarla;
- ödəniş sistemi istifadə olunduğu halda ödəniş xidmətləri ilə;
- qanunvericiliklə tələb olunduqda müvafiq dövlət orqanları ilə;
- istifadəçinin təhlükəsizliyini və platformanın hüquqlarını qorumaq üçün zəruri olduqda.
Bu hallarda məlumatların paylaşılması yalnız zəruri həddə həyata keçirilir.
5. İstifadəçi hüquqları
İstifadəçilər istənilən vaxt öz şəxsi məlumatları ilə bağlı sorğu göndərə bilərlər.
İstifadəçinin aşağıdakı hüquqları vardır:
- şəxsi məlumatlarına baxış tələb etmək;
- yanlış və ya natamam məlumatların düzəldilməsini istəmək;
- şəxsi məlumatların silinməsini tələb etmək;
- xəbər bülletenlərinə abunəlikdən imtina etmək;
- məlumatların hansı məqsədlə istifadə olunduğu barədə məlumat almaq.
Bu hüquqlardan istifadə etmək üçün istifadəçiinfo@mayakpsixologiya.com vasitəsilə bizimlə əlaqə saxlaya bilər.
6. Seans qeydiyyatı və istifadəçi razılığı
Seansa qeydiyyatdan keçən istifadəçi seçdiyi tarix və saat aralığının onun üçün ayrıldığını qəbul edir.
İstifadəçi seansa qeydiyyat zamanı təqdim etdiyi məlumatların doğru və aktual olduğunu təsdiq edir. Seansın təşkili, ləğvi, tarix və saat dəyişiklikləri platformanın qaydalarına uyğun olaraq həyata keçirilir.
Seansa qeydiyyat zamanı istifadəçi aşağıdakı şərtlərlə tanış olduğunu və qəbul etdiyini təsdiqləyir:
Seansa qeydiyyat, seansın ləğvi və ya tarix/saat dəyişiklikləri seansdan ən gec 48 saat əvvəl həyata keçirilə bilər. 48 saatdan daha gec edilən dəyişiklik və ya ləğv hallarında, ayrılmış vaxt istifadəçi üçün əvvəlcədən rezerv olunduğu üçün ödəniş geri qaytarılmır və seans istifadə olunmuş hesab edilir.
Seansa qatıla bilməyəcəyiniz halda, bunu əvvəlcədən+994 50 866 68 82 vasitəsilə bildirməyiniz xahiş olunur.
Psixoterapiya seansına qeydiyyatdan keçdikdə seçdiyiniz vaxt aralığı sizin üçün ayrılır. Bu səbəbdən seansa vaxtında qoşulmağınız xahiş olunur. Gecikdiyiniz halda gecikmə müddəti seans vaxtından çıxılacaq və seans planlaşdırıldığı vaxtda tamamlanacaq.
7. Məxfilik siyasətində dəyişikliklər
Mayak Kliniki Psixologiya Mərkəzi bu Məxfilik Siyasətində dəyişiklik etmək hüququnu özündə saxlayır. Dəyişikliklər veb-saytda dərc edildiyi andan qüvvəyə minir.
İstifadəçilərə Məxfilik Siyasətini mütəmadi olaraq nəzərdən keçirmək tövsiyə olunur.
8. Əlaqə
Məxfilik Siyasəti və şəxsi məlumatlarla bağlı suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
- E-mail:info@mayakpsixologiya.com
- Telefon:+994 50 866 68 82
- Veb-sayt:https://mayakpsixologiya.com