Biz kimik

Hər hekayənin eşidilməyə və anlaşılmağa ehtiyacı var.

Hər hekayənin eşidilməyə və anlaşılmağa ehtiyacı var. Biz Mayak olaraq sizi mühakiməsiz dinləməyi, görünməyən duyğularınıza toxunmağı və daxili dünyanızı anlamağı hədəfləyirik. Öz daxili gücünüzlə yenidən görüşməyə addımladığınız yolda sizə işıq saçan bir Mayak olmaq üçün buradayıq.

Mayak Kliniki Psixologiya Mərkəzi

Beynəlxalq təcrübə. Elmi əsaslı psixoterapiya. Konfidensiallıq. Premium xidmət.

Mayak Kliniki Psixologiya Mərkəzi beynəlxalq təhsil və peşə təcrübəsinə malik klinik psixoloq və psixoterapevtləri, elmi əsaslı psixoterapiya yanaşmalarını və yüksək xidmət standartlarını bir araya gətirən premium psixoloji sağlamlıq mərkəzidir.

Biz beynəlxalq təcrübəni sadəcə mütəxəssislərimizin bioqrafiyalarında qeyd etmirik. Beynəlxalq təcrübə və peşəkar iş prinsiplərini Mayakın bütün xidmət sisteminə tətbiq edirik.

Mərkəzimizin fəaliyyətinin əsasını elmi əsaslı psixoterapiya, beynəlxalq etik standartlar, konfidensiallıq, müraciət edən şəxsin hüquqlarına, ləyaqətinə və fərdi seçimlərinə hörmət təşkil edir.

Beynəlxalq yanaşma

Mayakın iş prinsipləri psixologiya sahəsində beynəlxalq peşəkar qurumların, o cümlədən Amerika Psixoloji Assosiasiyası (APA) və Britaniya Psixoloji Cəmiyyətinin (BPS) etik çərçivələrində ön plana çıxan fundamental dəyərlər nəzərə alınaraq formalaşdırılıb.

Mayakın klinik psixoloq və psixoterapevt komandası Amerika Birləşmiş Ştatları, İngiltərə, İtaliya, İsveçrə və Türkiyədə təhsil almış, fəaliyyət göstərmiş və peşə təcrübəsi qazanmış mütəxəssislərdən ibarətdir.

Bu beynəlxalq akademik və peşəkar təcrübəni psixoterapevt seçimindən qeydiyyat sisteminə, konfidensiallığın qorunmasından terapiya mühitinin təşkilinə qədər Mayakın bütün iş prinsiplərinə inteqrasiya etmişik.

Konfidensiallığınız ilk müraciətdən başlayır

Konfidensiallığınız bizə müraciət etdiyiniz ilk andan etibarən qorunur.

Biz anlayırıq ki, psixoloji dəstək almaq qərarı şəxsi və həssas seçimdir.

Mayak sizə heç kimlə birbaşa əlaqə saxlamadan özünüzə uyğun psixoterapevti, xidmət növünü və seans vaxtını seçərək onlayn qeydiyyatdan keçə biləcəyiniz qeydiyyat sistemi təqdim edir.

Mərkəzimizdə hər bir detal sizin rahatlığınız, özünüzü güvəndə hiss etməyiniz və məxfiliyiniz nəzərə alınaraq düşünülüb.

Psixoterapiya otaqlarımız seansların konfidensiallığını qorumaq məqsədilə xüsusi divar örtükləri ilə səs izolyasiyası ilə təmin olunub.

Bu isə o deməkdir ki, gözləmə zalında sizə təqdim olunan qəhvənizi içərək seans vaxtınızı gözlədiyiniz anda belə psixoterapiya otaqlarında aparılan söhbətlərin məxfiliyi qorunur.

Eyni zamanda, paralel keçirilan seanslar zamanı otaqlar arasında səs keçidinin qarşısının alınması hər bir müraciət edən şəxs üçün özünü sərbəst və rahat ifadə edə biləcəyi mühitin yaradılmasına xidmət edir.

Beləliklə, müraciət edən hər bir şəxs üçün özünü rahat ifadə edə biləcəyi sakit, təhlükəsiz və məxfi psixoterapiya mühiti yaratmışıq.

Mayaka müraciət edən hər bir şəxs üçün psixoterapiya prosesi şəffaflıq, məlumatlandırılmış seçim və konfidensiallıq prinsipləri əsasında qurulur.

Psixoterapiyaya başlamazdan əvvəl müraciət edən şəxs seansların gedişatı, konfidensiallığın əhatə dairəsi, hüquq və məsuliyyətləri, eləcə də psixoterapiya prosesinin əsas şərtləri haqqında ətraflı məlumatlandırılır.

Proses məlumatlandırılmış razılıq və konfidensiallıq şərtlərini əhatə edən seans müqaviləsinin imzalanması ilə başlayır.

Çünki Mayakda konfidensiallıq sadəcə haqqında danışdığımız bir dəyər deyil — psixoterapiya prosesinin ilk addımından etibarən qoruduğumuz əsas peşəkar və etik prinsiplərdən biridir.

Xidmətlərimiz

Mayak Kliniki Psixologiya Mərkəzində böyüklər üçün fərdi psixoterapiya, cütlük terapiyası, uşaq və yeniyetmələr üçün psixoloji dəstək, valideyn konsultasiyası, eləcə də psixologiya sahəsində təhsil alan və fəaliyyət göstərən mütəxəssislər üçün peşəkar inkişaf proqramları, təlimlər və praktiki staj proqramları təqdim olunur.

Mayak Kliniki Psixologiya Mərkəzində bütün xidmətlər müraciət edən şəxslərin dil seçimləri və fərdi ehtiyacları nəzərə alınaraq Azərbaycan, ingilis, rus, alman və türk dillərində təqdim olunur.

Mayakla işığa doğru

Bakı şəhərinin Ağ Şəhər ərazisində fəaliyyət göstərən Mayakda sadəcə peşəkar xidmət almırsınız, eyni zamanda içəri daxil olduğunuz ilk andan etibarən özünüzü xüsusi hiss etdirən xidmət ilə qarşılaşırsınız.

Həyatın sürətli axınından bir anlıq uzaqlaşaraq ruhunuza və daxili dünyanıza toxunmağı, Mayakla işığa doğru addımlamağı seçin.

Biz inanırıq ki, hər hekayənin eşidilməyə və anlaşılmağa ehtiyacı var.

Mayak olaraq sizi mühakiməsiz dinləməyi, görünməyən duyğularınıza toxunmağı və daxili dünyanızı anlamağı hədəfləyirik.

Öz daxili gücünüzlə yenidən görüşməyə doğru addımladığınız yolda sizə işıq saçan bir Mayak olmaq üçün buradayıq.

Mayak Kliniki Psixologiya Mərkəzi — Biz beynəlxalq təcrübəni, elmi əsaslı psixoterapiyanı, etik standartları, konfidensiallığı və yüksək xidmət mədəniyyətini Bakıda bir araya gətirmişik.

Mayakla qaranlıqdan işığa doğru.

Dəyərlərimiz

Məxfilik

Mərkəzimizdə paylaşdığınız hər bir məlumat etik və hüquqi çərçivələrə uyğun olaraq tam məxfiliklə qorunur. Psixoterapiya prosesində danışılan mövzular, emosional paylaşımlar və şəxsi həyatınıza dair bütün detallar, peşəkar məxfilik prinsipləri əsasında saxlanılır. Bu yanaşma terapevtik münasibətdə güvənin formalaşmasına və prosesin sağlam şəkildə irəliləməsinə xidmət edir.

Güvənli Mühit

Sizin psixoloji, emosional və fiziki təhlükəsizliyiniz bizim üçün əsas prioritetdir. Məhz buna görə terapiya prosesi yalnız etik standartlara cavab verən, elmi ədəbiyyata əsaslanan və müasir beynəlxalq praktikaya uyğun şəkildə həyata keçirilir.

Şəxsi Seçimlərə Hörmət

Biz hər bir fərdin şəxsi dəyərlərinə, inanclarına və seçimlərinə dərin hörmət və həssaslıqla yanaşırıq. Psixoterapiya prosesində sizi mühakimə etmədən dinləmək, olduğunuz kimi qəbul etmək, güvəndə olduğunuzu və anlaşıldığınızı hiss etdirmək bizim əsas prinsiplərimizdəndir. Sizin hekayəniz və qərarlarınız bizim üçün özünəməxsus və əhəmiyyətlidir. Məqsədimiz fərdin öz həyatına dair qərarvermə gücünü qorumaq və onu daha da möhkəmləndirməkdir.

İnkişaf və Dəyişim

Psixoterapiya prosesini yalnız dəstək kimi deyil, eyni zamanda dərin və davamlı inkişafın ayrılmaz bir hissəsi kimi görürük. Məqsədimiz mərkəzimizə müraciət edən şəxslərin daxili resurslarını üzə çıxarmaq, potensiallarını reallaşdırmaqda dəstək olmaq, psixoloji dayanıqlığını və həyat keyfiyyətini yüksəltməkdir. Bütün proseslər sizin fərdi ehtiyaclarınıza və məqsədlərinizə uyğun şəkildə, fərdiləşdirilmiş formada aparılır.

Ədalət

Mərkəzimizdə hər bir şəxs bizim üçün xüsusi olmaqla yanaşı, eyni dərəcədə dəyərlidir. Biz hər bir şəxsə fərdi xüsusiyyətlərindən, həyat təcrübəsindən və sosial statusundan asılı olmayaraq hörmətli və peşəkar yanaşır, resurslarımızı ədalətli və bərabər şəkildə yönəldirik. Məqsədimiz hər kəs üçün dəstəkləyici və ədalətli bir mühit yaratmaqdır.

Bizə müraciət edin