Tənqid və Tənqidə Qarşı Reaksiya

Gündəlik həyatda hər birimiz tənqidlə qarşılaşırıq. Bəs niyə bəzi tənqidlər bizi inkişaf etdirir, bəziləri isə daxili dünyamızda çətinliklər yaradır? Psixologiya elmi tənqidi sadəcə bir "rəy" deyil, mürəkkəb bir koqnitiv və emosional proses kimi nəzərdən keçirir.

21-05-2026Səbinə Vəliyeva
Tənqid
Tənqid və Tənqidə Qarşı Reaksiya

Gündəlik həyatda hər birimiz tənqidlə qarşılaşırıq. Bəs niyə bəzi tənqidlər bizi inkişaf etdirir, bəziləri isə daxili dünyamızda çətinliklər yaradır? Psixologiya elmi tənqidi sadəcə bir "rəy" deyil, mürəkkəb bir koqnitiv və emosional proses kimi nəzərdən keçirir.
Tənqidə verdiyimiz reaksiyalar və tənqid etmə formalarımız müxtəlif psixoloji məktəblər tərəfindən fərqli izah olunur:

Koqnitiv Davranış Terapiyası (CBT) və Şema Terapiya:

CBT-yə görə, tənqid öz-özlüyündə neqativ deyil. Bizim ona verdiyimiz reaksiya, daxili disfunksional inanclarımızdan asılıdır. Məsələn, uşaqlıq dövründən qalan "Qüsurluluq" (Defectiveness) və ya "Yüksək Standartlar" (Unrelenting Standards) şemalarına sahib fərdlər, ən kiçik konstruktiv tənqidi belə şəxsiyyətlərinə qarşı böyük bir təhlükə və hücum kimi qəbul edirlər.

Psixodinamik Yanaşma:

Ziqmund Freyd və onun davamçılarına görə, dağıdıcı tənqid çox vaxt proyeksiya (əks-etdirmə) müdafiə mexanizminin nəticəsidir. İnsan özündə qəbul edə bilmədiyi qüsurları qarşı tərəfə proyeksiyalayıb onu tənqid etməklə, daxili supereqo (vicdan/mühakimə) təzyiqini azaltmağa çalışır.

Gestalt Psixologiyası:

Əsası Almaniyada qoyulmuş Gestalt yanaşmasına görə, tənqid fərdin "bütünlük" (Gestalt) qavrayışını pozur. Əgər tənqid insanın yalnız bir davranışına deyil, bütöv şəxsiyyətinə yönəlirsə, fərd daxili tarazlığını (homeostaz) itirir və müdafiəyə keçir.

Psixologiyada tənqid iki formada araşdırılır: konstruktiv və destruktiv . Konstruktiv insanın inkişafına yönəlir, həll yolu göstərir və empati ilə qurulur. Destruktiv isə şəxsiyyətə hücum, alçaltma və davamlı günahlandırma formasında olur.

Konstruktiv tənqid davranışı
hədəf alır ( Nümunə-"Bu hesabatda bəzi rəqəmlər səhvdir"), dağıdıcı tənqid isə şəxsiyyəti hədəf alır (Nümunə- "Sən çox diqqətsizsən").

Araşdırmalar göstərir ki, davamlı tənqidə məruz qalan insanlarda:
* özünəinam azalır
* sosial geriçəkilmə artır
* Təşviş və depressiv simptomlar güclənə bilir
* “mən kifayət deyiləm” inancı formalaşa bilir.

Bizə müraciət edinTənqid və Tənqidə Qarşı Reaksiya | Mayak Kliniki Psixologiya Mərkəzi