Xidmətlərə qayıt

Uşaq və yeniyetmə terapiyası

Uşaq və yeniyetmələrə öz hisslərini təhlükəsiz mühitdə ifadə etməyə, özünəinam qazanmağa və çətinliklərlə mübarizə aparmağa kömək edən peşəkar dəstək prosesidir.

Əyani və onlayn50 dəqiqə

Uyğun mütəxəssis seçib görüş üçün müraciət edin.

Onlayn qeydiyyat

Uşaqlıq və yeniyetməlik dövrləri fərdin xarakterinin formalaşdığı, həm fiziki, həm də emosional baxımdan sürətli dəyişikliklərin yaşandığı kritik mərhələlərdir. Bu dövrdə uşaqlar bəzən yaşadıqları qorxuları, narahatlıqları və ya daxili münaqişələri sözlərlə ifadə edə bilmirlər. Uşaq və yeniyetmə terapiyası onlara öz hisslərini təhlükəsiz bir mühitdə ifadə etməyə, özünəinam qazanmağa və qarşılaşdıqları çətinliklərlə mübarizə aparmağa kömək edən peşəkar dəstək prosesidir.

Uşaqlarla iş prosesində oyun ən təbii və güclü ünsiyyət vasitəsidir. Kiçik yaşlı uşaqlar üçün terapiya otağı onların dünyasını əks etdirən bir oyun sahəsinə çevrilir. Yeniyetmələrlə işdə isə onların fərdiləşmə ehtiyacı, müstəqillik arzusu və kimlik axtarışı ön plana çəkilir.

Valideynlər də bu prosesin vacib bir hissəsidir. Terapiya yalnız uşağa deyil, eyni zamanda valideynlərə də yönləndirici dəstək verməyi əhatə edir. Bu yanaşma uşağın və ya yeniyetmənin inkişaf mühitinin daha sağlam və dəstəkləyici olmasına kömək edir.

Uşaq və yeniyetmə terapiyası hansı hallarda tövsiyə olunur?

  • Uşaq və yeniyetməlik dövründə müşahidə olunan klinik psixoloji pozuntular
  • Təşviş və qorxu problemləri
  • Davranış problemləri və aqressiya
  • Diqqət əksikliyi və hiperaktivlik pozuntusu
  • Məktəbə uyğunlaşma və akademik çətinliklər
  • Sosial münasibətlərdə çətinliklər
  • Özünə inam və özünüqiymətləndirmə problemləri
  • Bacı-qardaş qısqanclığı və ailədaxili dəyişikliklərə adaptasiya
  • Valideyn ayrılığı və ya boşanma sonrası çətinliklər
  • Travmatik hadisələrə məruz qalma
  • Yuxu problemləri
  • Qidalanma ilə bağlı çətinliklər
  • Yeniyetməlik dövrünə xas emosional dalğalanmalar və kimlik axtarışı
Bizə müraciət edin