Xidmətlərə qayıt

Psixoloji dəyərləndirmə və psixodiaqnostika

Emosional vəziyyəti, şəxsiyyət xüsusiyyətlərini, davranış nümunələrini və idrak funksiyalarını elmi əsaslarla dəyərləndirməyə imkan verən mühüm mərhələdir.

Əyani60 dəqiqə

Uyğun mütəxəssis seçib görüş üçün müraciət edin.

Onlayn qeydiyyat

Psixoloji testlər və qiymətləndirmə prosesi fərdin emosional vəziyyətini, şəxsiyyət xüsusiyyətlərini, davranış nümunələrini və idrak funksiyalarını elmi əsaslarla dəyərləndirməyə imkan verən mühüm bir mərhələdir. Bu proses zamanı elmi, beynəlxalq standartlara cavab verən və etibarlılığı sübut olunmuş psixoloji ölçmə alətləri klinik müsahibə və müşahidə metodları birlikdə tətbiq olunur.

Psixoloji testlərin tətbiq məqsədi fərdlərin psixoloji vəziyyətini daha obyektiv və sistemli şəkildə anlamaqdır. Bu çərçivədə tətbiq olunan testlər müxtəlif psixoloji çətinliklərin və klinik əlamətlərin erkən müəyyən olunmasında, uyğun terapiya metodunun seçilməsində və effektiv müdaxilələrin planlaşdırılmasında mühüm əhəmiyyət daşıyır.

Klinik psixoloji dəyərləndirmə

Klinik psixoloji dəyərləndirmə fərdin emosional vəziyyətinin, stress səviyyəsinin, təşviş və depressiv əlamətlərin, eləcə də digər psixoloji çətinliklərin mövcudluğunun və intensivliyinin sistemli şəkildə qiymətləndirilməsinə yönəlmiş peşəkar prosesdir. Bu çərçivədə tətbiq olunan metodlar vasitəsilə fərdin psixoloji vəziyyətinin ümumi mənzərəsi müəyyən edilir və uyğun psixoterapevtik müdaxilə istiqamətləri formalaşdırılır.

Dəyərləndirmə zamanı yalnız simptomların mövcudluğu deyil, onların tezliyi, davametmə müddəti, şiddəti və fərdin gündəlik funksionallığına təsiri də nəzərə alınır. Bununla yanaşı, fərdin şəxsiyyət xüsusiyyətləri, həyat konteksti və psixososial faktorlar inteqrativ şəkildə təhlil olunur ki, bu da psixoloji vəziyyətin daha dəqiq və çoxölçülü şəkildə anlaşılmasına imkan yaradır.

Neyropsixoloji dəyərləndirmə

Diqqət, yaddaş, intellekt, icraedici funksiyalar, məlumat emalı sürəti kimi idrak proseslərinin ölçülməsi prosesidir. Bu sahədə aparılan testlər, xüsusilə diqqət problemləri, öyrənmə çətinlikləri və beyin funksiyaları ilə əlaqəli dəyişikliklərin qiymətləndirilməsində istifadə olunur.

Şəxsiyyət və davranış dəyərləndirməsi

Fərdin şəxsiyyət xüsusiyyətlərini, davranış meyllərini, emosional reaksiyalarını və münasibət qurma üslubunu sistemli şəkildə analiz edir. Bu yanaşma həm özünüanlama prosesində, həm də münasibət və adaptasiya çətinliklərinin dəyərləndirilməsində mühüm rol oynayır.

Karyera və peşə yönümlü psixometrik dəyərləndirmə

Fərdin maraqlarını, bacarıqlarını və potensialını müəyyən etməyə yönəlmiş psixometrik alətləri əhatə edir. Bu qiymətləndirmə karyera seçimi, peşəkar istiqamətin planlaşdırılması və inkişaf strategiyalarının müəyyənləşdirilməsi üçün əsaslı qərarların verilməsinə imkan yaradır.

Psixoloji testlər və dəyərləndirmə prosesi etik prinsiplərə, məxfilik qaydalarına və peşəkar standartlara uyğun şəkildə həyata keçirilir və müraciət edən fərdin ümumi psixoloji rifahını dəstəkləməyə yönəlir.

Bütün qiymətləndirmə prosesi etik prinsiplərə, məxfilik qaydalarına və peşəkar standartlara uyğun şəkildə həyata keçirilir.

Bizə müraciət edin