Xidmət
Karyera konsultasiyası
Fərdlərin peşəkar istiqamətlərini müəyyənləşdirməsi, potensiallarını daha yaxşı tanıması və məqsədyönlü karyera planı qurması üçün strateji psixoloji dəstək prosesidir.
Karyera konsultasiyası fərdlərin peşəkar istiqamətlərini müəyyənləşdirməsi, potensiallarını daha yaxşı tanıması və məqsədyönlü karyera planı qurması üçün göstərilən strateji bir psixoloji dəstək prosesidir. Bu prosesdə fərdin maraqları, bacarıqları, dəyərləri və şəxsiyyət xüsusiyyətləri nəzərə alınaraq ona ən uyğun istiqamətlər müəyyən edilir.
Həyatımızın böyük bir hissəsini keçirdiyimiz iş mühiti təkcə maddi qazanc mənbəyi deyil, həm də özümüzü gerçəkləşdirmə və məmnunluq sahəsidir. Lakin doğru peşə seçimi, iş həyatındakı durğunluq və ya karyera keçidləri zamanı yaranan çətinliklər ciddi stress və motivasiya itkisinə səbəb ola bilər.
Bu proses həm karyera seçimi mərhələsində olan gənclər, həm də peşə dəyişmək və ya inkişaf etmək istəyən hər yaşda və hər təcrübə səviyyəsində olan fərdlər üçün nəzərdə tutulur. Konsultasiya zamanı fərdi qiymətləndirmə metodları və psixoloji yanaşmalar vasitəsilə konkret və tətbiq oluna bilən karyera planı formalaşdırılır.
Karyera konsultasiyası hansı hallarda tövsiyə olunur?
- Peşə və ixtisas seçimi ilə bağlı qərarsızlıq
- Maraq sahəsi və bacarıqları müəyyənləşdirməkdə çətinlik
- Karyera istiqamətini dəyişmək istəyi
- İş həyatında məmnuniyyətsizlik və motivasiya itkisi
- İş müsahibələrinə hazırlıq və özünü təqdim etmə bacarıqları
- Peşəkar inkişaf və özünüreallaşdırma ehtiyacı
- İş-həyat balansını qurmaqda çətinlik
- İş mühitində stres və emosional tükənmişlik
- Karyera planlaşdırması və hədəf qoyma bacarıqlarının inkişafı