Xidmətlərə qayıt

Cinsi terapiya

Fərdlərin və ya cütlüklərin cinsi həyatlarında qarşılaşdıqları psixoloji və emosional çətinliklərin aradan qaldırılmasına yönəlmiş xüsusi psixoterapiya sahəsidir.

Əyani və onlayn50 dəqiqə

Uyğun mütəxəssis seçib görüş üçün müraciət edin.

Onlayn qeydiyyat

Cinsi terapiya fərdlərin və ya cütlüklərin cinsi həyatlarında qarşılaşdıqları psixoloji və emosional çətinliklərin aradan qaldırılmasına yönəlmiş xüsusi psixoterapiya sahəsidir. Cinsi əlaqə yalnız fiziki deyil, eyni zamanda emosional, psixoloji narahatlıqlar və münasibət dinamikaları ilə sıx bağlıdır. Bu səbəbdən cinsi problemlər çox vaxt fiziki səbəblərdən deyil, psixoloji faktorlardan, yanlış məlumatlardan və ya partnyorlar arasındakı ünsiyyət problemlərindən qaynaqlanır. Terapiya prosesi mühakiməsiz, etik və tam məxfi çərçivədə aparılır. Məqsəd fərdlərin öz bədənini, ehtiyaclarını və sərhədlərini daha yaxşı anlamasına, həmçinin tərəflər arasında açıq və sağlam ünsiyyətin qurulmasına dəstək olmaqdır.

Cinsi terapiya həm fərdi, həm də cütlük formatında həyata keçirilə bilər və hər bir fərdin ehtiyaclarına uyğun şəkildə planlaşdırılır. Terapiyaya partnyorla birlikdə müraciət etmək prosesin effektivliyini artırsa da, partnyoru olmayan fərdlər və ya partnyoru iştirak edə bilməyən şəxslər də fərdi qaydada müraciət edə bilərlər. Əlavə olaraq, cinsi terapiya danışıq əsaslı bir psixoterapiya metodudur və terapevt tərəfindən heç bir fiziki müayinə və ya təmas tətbiq olunmur.

Cinsi terapiya hansı hallarda tövsiyə olunur?

  • Cinsi istək (libido) azalması
  • Cinsi yaxınlıqdan qaçınma və ya narahatlıq
  • Orqazm çətinlikləri
  • Erkən və ya gecikmiş eyakulyasiya
  • Erektil disfunksiya
  • Vaqinizm və ağrılı cinsi əlaqə
  • Cinsi travmalar və onların təsirləri
  • Cinsi performans təşvişi
  • Bədən obrazı və özünüqəbul ilə bağlı çətinliklər
  • Münasibətdə cinsi uyğunsuzluqlar
  • Cinsi əlaqə ilə bağlı yanlış inanclar və günahkarlıq hissi
Bizə müraciət edin