Təlimlər
Sizə uyğun təlim formatını seçin
Fərdi inkişaf üçün nəzərdə tutulmuş təlimlər və mütəxəssislər üçün peşəkar proqramlar burada ayrı şəkildə təqdim olunur.
Fərdi təlimlər
Fərdi təlimlər
Şəxsi inkişaf, özünü dərketmə və gündəlik psixoloji rifah üçün təlimlər.

Münasibətimizi yenidən kəşf edək
Səhər yeməyi süfrəsi ətrafında münasibətinizə yeni gözlə baxın Bəzən münasibətdə hər şey qaydasında görünür, amma bir-birimizi həqiqətən nə qədər eşitdiyimizi düşünmürük. Gündəlik həyatın, rutinlərin və həll olunmamış kiçik incikliklərin arasında yaxınlıq hissi də zamanla arxa plana keçə bilər. Bu görüşdə bir qədər dayanıb münasibətinizə kənardan baxacaq, bir-birinizi daha dərindən anlamağa və aranızdakı emosional bağı yenidən kəşf etməyə çalışacağıq. “The Story of Us” filmindən seçilmiş səhnələr vasitəsilə münasibətlərdə gündəlik həyatda qarşılaşdığımız real vəziyyətləri psixoloji baxımdan birlikdə təhlil edəcəyik. Birlikdə kəşf edəcəyik · Münasibətdə güvəni necə möhkəmləndirmək olar · Bir-birimizi incitmədən necə danışa bilərik · Emosional ehtiyaclarımızı necə ifadə edək · Sağlam sərhədləri necə quraq · Münaqişələri uzaqlaşmadan, yaxınlaşaraq necə həll edək · Münasibətimizdə istiliyi və yaxınlığı necə yenidən canlandıraq Görüşün formatı Film analizi — münasibətlərə fərqli prizmadan baxış Psixoloji müzakirə — real münasibət situasiyalarının birlikdə təhlili Praktik çalışmalar — öyrəndiklərinizi münasibətinizdə tətbiq etmək üçün Səhər yeməyi — səmimi və rahat atmosferdə ünsiyyət Bu, sadəcə film izləyəcəyiniz bir səhər deyil. Öz münasibətiniz haqqında düşünmək, bir-birinizi yenidən kəşf etmək və bəlkə də uzun zamandır danışmadığınız bəzi mövzulara yeni tərəfdən baxmaq üçün bir fürsətdir. Görüş haqqında Tarix: 10 oktyabr Saat: 11:00 Məkan: Başkent, Ağ Şəhər

Asılılığın Neyroelmi Təlimi
İtaliyanın Pavia Universitetində Neyroelm və Klinik Psixologiya üzrə magistr təhsili almış klinik psixoloq Aynur Həsənzadə asılılığın beyində yaratdığı dəyişiklikləri və bu proseslərin davranışa necə təsir etdiyini izah edəcək. İlk 10 nəfər üçün qeydiyyat Tarix: 19 sentyabr Saat: 13:00

DBT əsaslı Emosional Tənzimləmə Bacarıqları
Təlimçi: Klinik Psixoloq, İngiltərənin Arden Universitetinin müəllimi Nilufər Akif Tarix: 6 sentyabr Məkan: Mayak Kliniki Psixologiya Mərkəzi TƏLİMDƏ NƏ ÖYRƏNƏCƏKSİNİZ? Duyğuların yaranma mexanizmi və neyroelmi izahı Duyğuların beyində necə formalaşdığını və emosiyaların insan həyatındakı adaptiv funksiyasını anlamaq. Duyğuları ifadə etmək, emosional yetkinlik və emosional zəka Duyğuları sağlam şəkildə ifadə etməyin yollarını, emosional yetkinlik anlayışını, emosional zəka və özünüdərk (mindfulness) arasındakı fərqləri və əlaqəni öyrənmək. Emosional həssaslıq və tətikləyicilərin idarə edilməsi Emosional həssaslığın nə olduğunu, hansı hallarda daha çox müşahidə edildiyini, yaranma səbəblərini və tətikləyicilərlə bağlı effektiv tənzimləmə strategiyalarını öyrənmək. Neqativ, təkrarlanan emosional reaksiyaların dəyişdirilməsi Avtomatik və təkrarlanan neqativ emosional reaksiyaları tanımaq, onları daha adaptiv düşüncə və davranış modelləri ilə əvəzləmək üçün praktik DBT bacarıqlarını tətbiq etmək.

Şema Terapiya ilə Film Analizi: Good Will Hunting
Psixoterapevtik düşüncə tərzi yalnız terapiya otağında formalaşmır. Klinik düşünmə bacarığı bəzən bir kitabın səhifələrində, bəzən isə filmlərin səhnələrində gizlənən psixoloji detalları görmək və anlamaqla inkişaf edir. Personajların davranışlarını, emosiyalarını və münasibətlərini elmi yanaşmalar əsasında təhlil etmək klinik müşahidə, klinik formulasiya və terapevtik düşünmə bacarıqlarını gücləndirir. Böyük Britaniya məzunu, beynəlxalq Şema Terapiya sertifikatına sahib psixoterapevt Nərmin Quliyeva ilə birlikdə bu workshopda Good Will Hunting filmini Şema Terapiya perspektivindən təhlil edəcəyik. Filmin personajlarının daxili dünyasına nəzər salaraq erkən yaşantıların, əsas inancların və mübarizə mexanizmlərinin insanın davranışlarına və münasibətlərinə necə təsir etdiyini araşdıracağıq. Workshop zamanı birlikdə araşdıracağıq: • Will-in erkən uyğunsuz şemalarını və onların formalaşmasına təsir edən amilləri • Sağlam və qeyri-sağlam mübarizə mexanizmlərini • Münasibət dinamikalarını və bağlanma nümunələrini • Emosiyaların funksiyasını və davranışlara təsirini • İnsanın özünə, digər insanlara və dünyaya dair müsbət və mənfi əsas inanclarını • Terapevt Sean-ın istifadə etdiyi müdaxilələri və terapevtik dəyişikliyi mümkün edən məqamları klinik formulasiya baxımından Film: Good Will Hunting (1997) Tarix: 9 avqust, bazar günü Saat: 17:00 Kimlər üçün? Psixoloqlar, psixologiya tələbələri, psixoterapevtlər və Şema Terapiya ilə maraqlanan hər kəs üçün.
Mütəxəssislər üçün təlimlər
Mütəxəssislər üçün təlimlər
Psixoloqlar və sahə mütəxəssisləri üçün peşəkar inkişaf təlimləri.

Praktik Kliniki Psixologiya Staj Proqramı
Nəzəri biliklərdən praktik təcrübəyə doğru Praktik Kliniki Psixologiya Staj Proqramı psixologiya sahəsində təhsil alan və nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək istəyən tələbələr üçün hazırlanmış 60 saatlıq proqramdır. Proqram iştirakçılara klinik psixologiyanın praktik tərəfləri ilə tanış olmaq, müxtəlif klinik situasiyaları təhlil etmək və peşəkar yanaşmalar haqqında daha ətraflı təsəvvür formalaşdırmaq imkanı yaradır. İnteraktiv müzakirələr, simulyasiya seansları, rol oyunları və klinik keys təhlilləri əsasında qurulan proqram nəzəri biliklərin praktik situasiyalarda necə tətbiq olunduğunu anlamağa yönəlib. Proqramın əsas xüsusiyyətləri 60 saatlıq staj proqramı 12 görüş 4 fərqli ölkədə təhsil və peşəkar təcrübə qazanmış 4 mütəxəssis Real klinik halların təhlili Simulyasiya seansları və rol oyunları Klinik keys müzakirələri Təcrübəli mütəxəssislərlə öyrənmə imkanı Proqram çərçivəsində dörd fərqli ölkədə təhsil almış və peşəkar təcrübə qazanmış dörd mütəxəssisin bilik və təcrübəsindən faydalanmaq imkanı əldə edəcəksiniz. Müxtəlif peşəkar yanaşmalarla tanışlıq klinik halların daha geniş perspektivdən müzakirəsinə şərait yaradır. Kimlər üçün nəzərdə tutulub? Proqram klinik psixologiya sahəsində praktiki təcrübəsini artırmaq, nəzəri hazırlığını praktik fəaliyyətlə tamamlamaq və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı başlamaq istəyən psixologiya tələbələri üçün nəzərdə tutulub. Xüsusi güzəştli iştirak imkanı Tələbələrdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq, Mayak Kliniki Psixologiya Mərkəzi proqramın məzmununu və keyfiyyətini dəyişmədən xüsusi güzəştli ödəniş imkanı təqdim edir. Eyni proqram. Eyni məzmun. Eyni təcrübə — indi daha əlçatan ödənişlə. Klinik psixologiya sahəsində nəzəri biliklərinizi praktik təcrübə ilə tamamlamaq üçün Mayak-ın Praktik Kliniki Psixologiya Staj Proqramına qoşulun.