Psixoterapevtik düşüncə tərzi yalnız terapiya otağında formalaşmır. Klinik düşünmə bacarığı bəzən bir kitabın səhifələrində, bəzən isə filmlərin səhnələrində gizlənən psixoloji detalları görmək və anlamaqla inkişaf edir.
Personajların davranışlarını, emosiyalarını və münasibətlərini elmi yanaşmalar əsasında təhlil etmək klinik müşahidə, klinik formulasiya və terapevtik düşünmə bacarıqlarını gücləndirir.
Böyük Britaniya məzunu, beynəlxalq Şema Terapiya sertifikatına sahib psixoterapevt Nərmin Quliyeva ilə birlikdə bu workshopda Good Will Hunting filmini Şema Terapiya perspektivindən təhlil edəcəyik. Filmin personajlarının daxili dünyasına nəzər salaraq erkən yaşantıların, əsas inancların və mübarizə mexanizmlərinin insanın davranışlarına və münasibətlərinə necə təsir etdiyini araşdıracağıq.
Workshop zamanı birlikdə araşdıracağıq:
• Will-in erkən uyğunsuz şemalarını və onların formalaşmasına təsir edən amilləri
• Sağlam və qeyri-sağlam mübarizə mexanizmlərini
• Münasibət dinamikalarını və bağlanma nümunələrini
• Emosiyaların funksiyasını və davranışlara təsirini
• İnsanın özünə, digər insanlara və dünyaya dair müsbət və mənfi əsas inanclarını
• Terapevt Sean-ın istifadə etdiyi müdaxilələri və terapevtik dəyişikliyi mümkün edən məqamları klinik formulasiya baxımından
Film: Good Will Hunting (1997)
Tarix: 9 avqust, bazar günü
Saat: 17:00
Kimlər üçün?
Psixoloqlar, psixologiya tələbələri, psixoterapevtlər və Şema Terapiya ilə maraqlanan hər kəs üçün.
