Uğurun Bədəli Nədir?

Uğurun Bədəli Nədir? “Whiplash” Filminin Sxem Terapiyası Perspektivindən Təhlili

Mükəmməlliyyətçilik bizi uğura aparır, yoxsa emosional tükənməyə sürükləyir?

Mayak Kliniki Psixologiya Mərkəzində 15 noyabr tarixində “Whiplash” filminin Sxem Terapiyası perspektivindən psixoloji təhlilinə həsr olunmuş görüş keçiriləcək.

Görüş zamanı filmin əsas personajlarının davranışları, emosional reaksiyaları və daxili konfliktləri üzərindən mükəmməlliyyətçilik, cəzalandırıcı daxili səs, yetərsizlik hissi və yüksək standartların psixoloji təsirləri müzakirə olunacaq.

Təhlil çərçivəsində uğur qazanmaq motivasiyası ilə özünə qarşı sərt və tələbkar münasibət arasındakı əlaqə Sxem Terapiyasının nəzəri prinsipləri əsasında araşdırılacaq.

Təlim haqqında məlumat

Mütəxəssis: Nərmin Quliyeva — Beynəlxalq akkreditasiyalı sxem terapevti

Tarix: 15 noyabr 2026

Saat: 14:00

Məkan: Mayak Kliniki Psixologiya Mərkəzi

Qeydiyyat

Görüşdə iştirak üçün qeydiyyat açıqdır. Ətraflı məlumat və qeydiyyat üçün mərkəzimizin sosial media hesabları vasitəsilə və ya göstərilən əlaqə nömrəsi ilə müraciət edə bilərsiniz.

Əlaqə məlumatları

Ünvan: Bakı, Ağ Şəhər, Xəqani Rüstəmov küçəsi 8, AQP İnşaat

Telefon: +994 50 866 68 82

Veb-sayt: mayakpsixologiya.com

E-poçt: info@mayakpsixologiya.com

Qiymət0 AZN
Məzmun5 əsas istiqamət
Bu kateqoriyaya qayıt
Uğurun Bədəli Nədir?
Fərdi təlimlər

Təlimdən nə əldə edəcəksiniz?

  • Emosional fərqindəliyi artırmaq
  • Uyğunsuz sxemləri müəyyənləşdirmək
  • Daxili tənqidçini tanımaq
  • Mükəmməlliyyətçiliyin təsirlərini anlamaq

Təlimin ritmini əvvəlcədən hiss edin.

Video önizləmə təlimin yanaşmasını, tonunu və məzmun axınını daha rahat qiymətləndirməyə kömək edir.

Bu təlim sizə nələri qazandıracaq?

Emosional fərqindəliyi artırmaq

Uyğunsuz sxemləri müəyyənləşdirmək

Daxili tənqidçini tanımaq

Mükəmməlliyyətçiliyin təsirlərini anlamaq

Davranışların psixoloji səbəblərini anlamaq

Bizə müraciət edinUğurun Bədəli Nədir? | Mayak Kliniki Psixologiya Mərkəzi