Səbinə Vəliyeva

Səbinə Vəliyeva

Psixoloq, psixoterapevt

Səbinə Vəliyeva 6 illik peşəkar təcrübəyə malik psixoterapevtdir. O, Psixologiya ixtisası üzrə iki bakalavr təhsilinə sahibdir. Bakalavr təhsilini Swiss Montreux Business School və Odlar Yurdu Universiteti-də tamamlamış, magistr təhsilini isə Bakı Qızlar Universiteti-də Pedaqogika ixtisası üzrə almışdır.

Peşəkar fəaliyyəti müddətində müxtəlif klinik və reabilitasiya mərkəzlərində çalışaraq yeniyetmələr və yetkin fərdlərlə geniş praktiki təcrübə qazanmışdır. Eyni zamanda professional inkişafını artırmaq üçün davamlı şəkildə yerli və beynəlxaql ixtisasartırma təlimlərində iştirak etmiş və müasir elmi əsaslı psixoterapiya yanaşmalarını fəaliyyətinə inteqrasiya etmişdir.

Səbinə Vəliyeva müraciət edən fərdlərin yaşadığı psixoloji çətinlikləri anlamağa və bu çətinliklərin gündəlik həyatlarına təsirini azaltmağa yönəlik işləyir. O, hər bir müraciətçinin təcrübəsinə həssaslıqla yanaşaraq, onların özlərini daha aydın ifadə edə bildikləri, mühakiməsiz və güvənli bir mühitin yaradılmasına xüsusi önəm verir. Terapiya prosesində daha funksional düşüncə və davranış nümunələrinin formalaşdırılmasına dəstək olmaqla yanaşı, müraciətçilərin öz daxili resurslarını kəşf etmələrinə və daha balanslı psixoloji vəziyyətə doğru irəliləmələrinə müşayiət edir.

İşlədiyi sahələr

  • Təşviş və əlaqəli pozuntular
  • Spesifik fobiyalar və qorxu reaksiyaları
  • Depressiv pozuntular və emosional enişlər
  • Emosional fərqindəlik və emosiyaların tənzimlənməsi çətinlikləri
  • Özünə dəyər, özünəinam və özünüqəbul problemləri
  • Perfeksionizm və sərt daxili tənqid mexanizmləri
  • Ünsiyyət çətinlikləri və şəxsi sərhədlərin formalaşdırılması
  • Ailə və yaxın münasibətlərdə emosional və davranış dinamikaları
  • “Burada və indi” təcrübə ilə bağlı fərqindəliyin inkişafı
  • Disfunksional düşüncə və davranış nümunələrinin yenidən qurulması
  • Emosiyaların ifadəsində çətinliklər və yaradıcı ifadə ehtiyacı

Terapiya metodları

  • Koqnitiv Davranış Terapiyası
  • Geştalt terapiya
  • Art terapiya

İşlədiyi yaş qrupu

Yeniyetmələr və yetkin fərdlər

Terapiya yanaşması

“Terapiyada etik qaydalara, məxfiliyə və terapiya istifadəçilərinin özünü təhlükəsiz hiss edəcəyi qərəzsiz mühitə üstünlük verirəm.”


Peşəkar hazırlıq

Pedaqogika üzrə magistr dərəcəsi

Bakı Qızlar Universiteti2023-2025

Psixologiya üzrə bakalavr dərəcəsi

Odlar Yurdu Universiteti2018-2022

Psixologiya üzrə bakalavr dərəcəsi

İsveçrə Montrö Biznes Məktəbi, İsveçrə2019-2022

İş təcrübəsi və sahə yönümü

Psixoterapevt

Sağlamlıq mərkəzi2022-2025

Sənədlər və təsdiqlər

Bizə müraciət edinSəbinə Vəliyeva - Psixoloq, psixoterapevt | Mayak Kliniki Psixologiya Mərkəzi