Nigar Xalıqova Klinik Psixologiya ixtisası üzrə magistr təhsilini Xəzər Universiteti-də, bakalavr təhsilini isə Bakı Dövlət Universiteti-də tamamlamışdır.
Peşəkar fəaliyyəti boyunca uzun illər Respublika Psixiatriya Xəstəxanası və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi klinik və humanitar mühitlərdə çalışaraq travma, stress və emosional çətinliklərlə üzləşən fərdlərlə geniş praktiki təcrübə qazanmışdır. Bu mühitlərdə qazandığı təcrübə ona mürəkkəb və həssas psixoloji hallarla daha dərindən və sistemli şəkildə işləmək bacarığı qazandırmışdır.
Psixoterapiya sahəsində Cognitive Processing Therapy (CPT) üzrə beynəlxalq təlim və akkreditasiyadan keçmiş (https://cptforptsd.com/cpt-provider-roster/ ) bir neçə azərbaycanlı mütəxəssisdən biri olaraq, CPT Provider Roster siyahısına daxil edilmişdir. Bununla yanaşı, USAID, Ümumdünya Səhiyyə Təşkilatı, United Nations Department of Safety and Security və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq qurumlar tərəfindən təşkil olunan ixtisaslaşmış təlim və proqramlarda iştirak edərək travma, zorakılıq, psixi sağlamlıq və psixososial dəstək sahələrində bilik və bacarıqlarını daha da dərinləşdirmişdir.
Eyni zamanda Bakı Dövlət Universiteti və Qərbi Kaspi Universiteti-də müəllim kimi fəaliyyət göstərərək bilik və təcrübəsini formalaşmaqda olan psixologiya tələbələri ilə bölüşməyi peşəkar məsuliyyətinin bir hissəsi kimi görür.
Nigar Xalıqova terapiya prosesində elmi əsaslı yanaşmaları humanistik və həssas münasibətlə birləşdirir. O, müraciət edən şəxslərin yaşadıqları çətinliklərə beynəlxalq təcrübə və peşəkar biliklərinə əsaslanaraq yanaşır, terapiya mühitində təhlükəsizlik və etibarlılığı ön planda saxlayır.
İşlədiyi sahələr
- Təşviş pozuntuları
- Spesifik fobiyalar
- Panik pozuntu
- Sosial təşviş pozuntusu
- Posttravmatik stress pozuntusu
- Depressiv pozuntular
- Stresslə əlaqəli pozuntular
- Özünədəyər və özünəinamla bağlı çətinliklər
- Emosional tənzimləmə çətinlikləri
- Münasibətlər və bağlanma ilə bağlı çətinliklər
- Adaptasiya çətinlikləri
- Akademik stress və performansla bağlı narahatlıqlar
- Ünsiyyət bacarıqları ilə bağlı çətinliklər
- Şəxsiyyət pozuntuları
Terapiya metodları
- Koqnitiv Davranış Terapiyyası
- Qəbul və Qərarlılıq Terapiyası
- Koqnitiv Emal Terapiyası
- Dialektik Davranış Terapiyası
İşlədiyi yaş qrupu
Yeniyetmələr və yetkin fərdlər
Terapiyaya yanaşma
“Humanistik və şəxs yönümlü yanaşma əsasında çalışıram. Hər bir müraciətçinin fərdi təcrübəsini və ehtiyaclarını nəzərə alaraq təhlükəsiz, empatik və dəstəkləyici mühit yaratmağa önəm verirəm. Məqsədim yalnız simptomların azaldılması deyil, eyni zamanda şəxsin daxili resurslarını gücləndirmək və uzunmüddətli psixoloji rifahını dəstəkləməkdir.”
