Nərmin Quliyeva

Nərmin Quliyeva

Klinik psixoloq, psixoterapevt

Nərmin Quliyeva, Türkiyənin Ondokuz Mayıs Universitetində  Psixologiya üzrə bakalavr, İngiltərənin London South Bank Universitetində Ruh Sağlığı və Klinik Psixologiya üzrə magistr təhsili almış psixoterapevtdir. Beynəlxalq təhsil və klinik təcrübəsi onun fərqli müraciətçi qrupları ilə işləmək bacarığını formalaşdırmışdır.

Türkiyə və İngiltərədə müxtəlif klinik və psixoloji mərkəzlərdə fəaliyyət göstərərək həm yetkinlər, həm də yeniyetmələrlə işləmə təcrübəsi qazanmışdır. Fəaliyyəti çərçivəsində fərdi və qrup terapiyaları aparmış, xüsusilə təşviş, travma, münasibət dinamikaları və emosional tənzimləmə sahələrində dərinləşmişdir.

Eyni zamanda klinik qiymətləndirmə, kriz müdaxiləsi və psixososial dəstək sahəsində praktiki təcrübəyə malikdir. Terapiya prosesində çətin emosional vəziyyətlərlə strukturlaşdırılmış və təhlükəsiz şəkildə işləməyi əsas götürür.

Nərmin Quliyeva, terapiya istifadəçilərininin şikayətlərini yalnız simptom səviyyəsində deyil, daha geniş həyat kontekstində anlamağa çalışır. Bu yanaşma psixoterapiya prosesində daha humanistik və empatik mühitin yaranmasına, həm də dəyişimin daha davamlı və real olmasına şərait yaradır.

Onun peşəkar məqsədi, beynəlxalq təcrübədə tətbiq edilən standartları tətbiq edərək, müraciət edən şəxslərin özlərini daha dərindən anlamalarına, emosional dayanıqlıqlarını artırmalarına və həyatlarında daha funksional dəyişikliklər etmələrinə dəstək olmaqdır.

İşlədiyi sahələr

  • Təşviş pozuntuları
  • Spesifik fobiyalar 
  • Panik pozuntu 
  • Sosial təşviş pozuntusu 
  • Obsesiv-kompulsiv və əlaqəli pozuntular 
  • Depressiv pozuntular
  • Qidalanma pozuntuları 
  • Posttravmatik stress pozuntusu 
  • Yas və itki ilə bağlı çətinliklər 
  • Adaptasiya çətinlikləri
  • Akademik stress və performansla bağlı narahatlıqlar
  • Ünsiyyət bacarıqları ilə bağlı çətinliklər 
  • Münasibətlər və bağlanma ilə bağlı çətinliklər 
  • Emosional tənzimləmə çətinlikləri
  • Özünədəyər və özünəinamla bağlı çətinliklər 

Terapiya metodları

  • Koqnitiv Davranış Terapiyası
  • Sxem (Şema) terapiya
  • Yas və kriz konsultasiyası

İşlədiyi yaş qrupu

18 yaşdan yuxarı yetkin fərdlər

Terapiyaya yanaşma

“Terapiyada eklektik yanaşmadan istifadə edirəm və müxtəlif metodları insanın ehtiyaclarına uyğun şəkildə birləşdirirəm. Diqqətimi yalnız diaqnoza deyil, çətinliklərin altında yatan psixoloji proseslərə yönəldirəm. Elmi əsaslı yanaşmalara üstünlük verir, terapiya prosesini hər bir fərd üçün uyğun və fərdiləşdirilmiş şəkildə qururam. Mənim üçün əsas olan, insanın özünü təhlükəsiz, qəbul edilmiş və rahat hiss etdiyi bir mühit yaratmaqdır.”


Peşəkar hazırlıq

Mental Sağlamlıq və Klinik Psixologiya üzrə magistr dərəcəsi

London South Bank Universiteti, İngiltərə2021-2022

Psixologiya üzrə bakalavr dərəcəsi

Ondokuz Mayıs Universiteti, Türkiyə2016-2020

İş təcrübəsi və sahə yönümü

Klinik Psixoloq və Psixoterapevt

Heltia,Türkiyə2022-2025

Klinik Psixoloq

Finsbury Terapiya Mərkəzi,İngiltərə2022-2023

Xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün müəllim köməkçisi

Philosophy Education,İngiltərə2022-2023

Könüllü Psixoloq

İMECE Qadın Mərkəzi, İngiltərə2022-2023

Təcrübəçi Psixoloq

Özəl Ortadoğu Klinikası,Türkiyə2020

Təcrübəçi Psixoloq

100 Yıl Klinikası, Türkiyə2020
Bizə müraciət edinNərmin Quliyeva - Klinik psixoloq, psixoterapevt | Mayak Kliniki Psixologiya Mərkəzi