Nərgiz Hüseynova

Nərgiz Hüseynova

Klinik psixoloq, psixoterapevt

Nərgiz Hüseynova klinik psixologiya ixtisası üzrə magistr təhsilini Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bahçeşehir Universiteti-də, bakalavr təhsilini isə Azərbaycanda Bakı Dövlət Universiteti-də Sosial elmlər və psixologiya ixtisası üzrə tamamlamışdır.

Peşəkar fəaliyyəti ərzində, 1858-ci ildən fəaliyyət göstərən və psixiatriya sahəsində nüfuzlu Fransız Lape Xəstəxanasında çalışaraq psixiatr və digər tibbi heyətlə multidisiplinar əməkdaşlıq təcrübəsi qazanmış, eyni zamanda psixoloji qiymətləndirmə və ilkin diaqnostik testlərlə işləmə bacarıqlarını beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmişdir.

Klinik psixologiya sahəsində bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirərək Psixi Sağlamlıq Mərkəzində təlim və staj proqramlarında iştirak etmişdir. Bununla yanaşı, Art terapiya, Koqnitiv Davranış Terapiyası (CBT) və Şema terapiya istiqamətlərində praktiki təlimlər və superviziya prosesindən keçmişdir.

Nərgiz Hüseynova terapiya prosesində müxtəlif yanaşmaları inteqrativ şəkildə tətbiq edir və müraciət edən şəxslərin fərdi ehtiyaclarına uyğun, təhlükəsiz və dəstəkləyici bir mühit yaratmağa önəm verir. Onun üçün terapiya yalnız çətinliklərin aradan qaldırılması deyil, eyni zamanda insanın özünü daha dərindən anlama və daxili balansını bərpa etmə prosesidir.

İşlədiyi sahələr

  • Təşviş pozuntuları
  • Spesifik fobiyalar
  • Panik pozuntu
  • Sosial təşviş pozuntusu
  • Depressiv pozuntular
  • Travma və əlaqəli pozuntular
  • Stress və emosional tükənmişlik
  • Münasibətlərlə bağlı çətinliklər
  • Özünədəyər və özünəinamla bağlı çətinliklər
  • Emosional tənzimləmə çətinlikləri
  • Ekzistensial (varoluş) böhranlar

Terapiya metodları

  • İnteqrativ yanaşma
  • Koqnitiv Davranış Terapiyası (CBT)
  • Sxema Terapiyası (Schema Therapy)
  • Psixodinamik yanaşma
  • Varoluşçu yanaşma

İşlədiyi yaş qrupu

Yeniyetmələr və yuxarı yetkin fərdlər

Terapiyaya yanaşma

"Psixoterapiyanı əməkdaşlığa əsaslanan bir proses kimi görürəm. Bu prosesdə müraciət edən şəxslə birlikdə çətinlikləri araşdırır, yeni yol və imkanları kəşf edirik. Mənim üçün əsas olan nüanslardan biri seansların isti, dəstəkləyici və etibarlı mühitdə aparılmasıdır. Bu mühit müraciət edən şəxsin özünü rahat və açıq şəkildə ifadə etməsinə şərait yaradır. Məqsədim müraciət edən şəxsin özünü daha yaxşı anlamasına, emosiyalarını daha aydın ifadə etməsinə və daxili resurslarını gücləndirməsinə dəstək olmaqdır. Hər bir terapiya prosesi fərdi ehtiyaclara uyğun planlaşdırılır və müxtəlif terapevtik yanaşmalar inteqrativ şəkildə tətbiq olunur."


Peşəkar hazırlıq

Klinik psixologiya ixtisası üzrə magistr dərəcəsi

Bahçeşehir Universiteti, Türkiyə2022-2025

Sosial elmlər və psixologiya ixtisası üzrə bakalavr dərəcəsi

Bakı Dövlət Universiteti2011-2015

İş təcrübəsi və sahə yönümü

Psixoloq

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Məktəbi2015-2016

Psixoterapevt

Fərdi Psixoterapiya fəaliyyəti2015-2026

Mümkün görüş formatları

Bizə müraciət edinNərgiz Hüseynova - Klinik psixoloq, psixoterapevt | Mayak Kliniki Psixologiya Mərkəzi