Ləman Nağıyeva 7 ildən artıq klinik təcrübəyə sahib, inkişaf və davranış müdaxilələri sahəsində ixtisaslaşmış uşaq və yeniyetmə psixoloqudur. O, uşaqların və yeniyetmələrin emosional, davranış və sosial inkişafını dəstəkləyən fərdi terapiya prosesləri aparır, eyni zamanda valideynlərlə əməkdaşlıq edərək uşağın inkişafına uyğun daha sağlam ailə mühitinin formalaşdırılmasına töhfə verir.
Bakalavr təhsilini Bakı Dövlət Universitetində Təhsildə Psixologiya ixtisası üzrə tamamlayan Ləman Nağıyeva peşəkar inkişafını beynəlxalq layihələr, seminarlar və ixtisaslaşmış terapiya təlimləri ilə davam etdirmişdir. Rumıniyada keçirilən “Control Your Anger Before It Controls You” layihəsində qəzəbin psixoloji və fizioloji təsirləri, həmçinin Litvada təşkil olunan “FOMO to JOMO” seminar proqramında və Macarıstanda keçirilən “Unfiltered Confidence” beynəlxalq layihəsində iştirak edərək yeniyetmələrin emosional rifahı, özünüifadə bacarıqları, sosial münasibətləri, özünəinamı və psixoloji dayanıqlılığı istiqamətində peşəkar biliklərini genişləndirmişdir.
Ləman Nağıyeva beynəlxalq akreditasiyalı bir sıra terapiya və inkişaf yönümlü təlimləri tamamlamışdır. İstinye Universitetinin professoru Dr. Ebru Şalcıoğlu tərəfindən keçirilən Koqnitiv Davranış Terapiyası üzrə 120+84 saatlıq təlimi uğurla tamamlamış, uşaq və yeniyetmələrdə depressiya, təşviş, fobiyalar, obsesiv düşüncələr və davranış problemləri ilə işləməyə yönəlmiş elmi əsaslı terapiya bacarıqlarını inkişaf etdirmişdir.
Türkiyədə, psixiatr Dr. İbrahim Bilgen tərəfindən keçirilən 27 saatlıq “Süreç Odaklı Terapiya Beceri Eğitimi” proqramında emosional proseslər, terapevtik münasibət və fərdin daxili yaşantıları ilə işləməyə yönəlmiş yanaşmalar üzrə peşəkar hazırlıq keçmişdir.
Doç. Dr. Alev Girli tərəfindən keçirilən 20 saatlıq “Zihin Kuramı” təlimində uşaqlarda sosial idrak, empati və digər insanların düşüncələrini anlama bacarıqları üzrə biliklər əldə etmişdir. Doç. Dr. Hakan Öğütlü tərəfindən keçirilən “Uşaq və yeniyetmələrdə yemə pozuntusu” üzrə 18 saatlıq təlimdə isə yemə davranışı problemləri, anoreksiya, bulimiya və emosional yemə davranışları ilə bağlı nəzəri və praktik yanaşmaları öyrənmişdir.
Terapiya prosesində Ləman Nağıyevanın əsas diqqəti uşağın və yeniyetmənin fərdi ehtiyaclarını anlamağa, emosional dünyasını dəstəkləməyə və davranış nümunələrini daha funksional şəkildə formalaşdırmağa yönəlir. Onun yanaşması empatiya, anlayış və strukturlaşdırılmış müdaxilələrə əsaslanır.
Ləman Nağıyeva valideynlərlə sıx əməkdaşlığa xüsusi önəm verir. Terapiya prosesində valideynlərin uşağın emosional ehtiyaclarını daha yaxşı anlaması, davranışlara daha funksional yanaşması və ev mühitində inkişafı dəstəkləyən münasibət formalaşdırması üçün istiqamətləndirmə aparır. O, eyni zamanda aktiv təlimçi kimi valideynlər üçün uşaq tərbiyəsi, emosional ehtiyacların anlaşılması, davranışların düzgün yönləndirilməsi, qayda və sərhədlərin formalaşdırılması mövzularında maarifləndirici təlimlər keçir.
İşlədiyi sahələr
• Davranış çətinlikləri
• Emosional tənzimləmə çətinlikləri
• Diqqət əksikliyi və hiperaktivlik pozuntusu
• Özünə dəyər və özünəinamla bağlı çətinliklər
• Sosial bacarıqların inkişafı
• Məktəb və akademik uyğunlaşma çətinlikləri
• Valideyn-uşaq münasibətlərində çətinliklər
• Qayda və sərhədlərin formalaşdırılması
Terapiya metodları
• Koqnitiv Davranış Terapiyası (KDT)
• Oyun terapiyası
• Art terapiya
• Tətbiqi Davranış Analizi / Terapiyası (ABA)
• Aktarım yönümlü terapiya
• Yas terapiyası
İşlədiyi yaş qrupu
6 yaşdan yuxarı uşaqlar və yeniyetmələrTerapiyaya yanaşma
“Terapiya prosesində məqsədim uşaqların və yeniyetmələrin özlərini təhlükəsiz, anlaşılmış və qəbul olunmuş hiss etdikləri bir mühit yaratmaqdır. İnanıram ki, hər bir uşağın davranışının arxasında ifadə olunmağa ehtiyacı olan duyğular və ehtiyaclar dayanır. Mənim üçün əsas önəmli məqamlardan biri uşağın potensialını görmək, onu olduğu kimi qəbul etmək və inkişaf yolunda həm uşağa, həm də ailəsinə dəstək ola bilməkdir.”
