Əsmər Umudzadə, Türkiyənin İstinye Universitetində Klinik Psixologiya üzrə magistr təhsilini yüksək nəticələrlə, bakalavr təhsilini isə Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə fərqlənmə ilə tamamlamışdır.
Peşəkar fəaliyyətində əsasən depressiv və təşvişlə əlaqəli pozuntular, panik atak, həmçinin uşaqlıq dövrü travmaları və onların uzunmüddətli psixoloji təsirləri ilə işləyir. Terapiya prosesində müraciətçinin daxili təcrübəsini anlamağa, yaşadığı çətinliklərin kökündə dayanan emosional və kognitiv mexanizmləri birlikdə araşdırmağa xüsusi önəm verir.
O, terapiya mühitində təhlükəsizlik, mühakiməsizlik və etibarlı terapevtik münasibətin formalaşdırılmasını əsas prinsip kimi qəbul edir. Hər bir müraciətçinin fərdi ehtiyaclarını nəzərə alaraq, terapiya prosesini uyğunlaşdırır və dəyişimin mərhələli, davamlı bir proses olduğunu nəzərə alır.
Əsmər Umudzadə hesab edir ki, ən çətin psixoloji vəziyyətlər belə anlaşıldıqda və doğru işlənildikdə dəyişim potensialı daşıyır. Məqsədi terapiyaya müraciət edən şəxslərin özlərini daha dərindən anlamalarına, daxili resurslarını gücləndirmələrinə və daha sabit, balanslı psixoloji vəziyyətə doğru irəliləmələrinə - bir sözlə həyat keyfiyyətlərinin artamsına dəstək olmaqdır.
İşlədiyi sahələr
- Təşviş pozuntuları
- Depressiv pozuntular
- Stress və stresslə əlaqəli pozuntular
- Panik pozuntu
- Şəxsiyyət pozuntuları
- Spesifik fobiyalar
- Obsesiv-kompulsiv və əlaqəli pozuntular
- Travma və əlaqəli pozuntular
- Emosional tənzimləmə çətinlikləri
- Ünsiyyət bacarıqları ilə bağlı çətinliklər
- Öz dəyər, özünə güvən və özünəhörmət problemləri
- Ailə daxili münasibətlər
Terapiya metodları
- Koqnitiv Davranış Terapiyası (CBT)
- Şema (Sxem) terapiya
İşlədiyi yaş qrupu
Yeniyetmələr və 18 yaşdan yuxarı yetkin fərdlər
Terapiyaya yanaşma
“Əgər özünüzü ümidsiz, yorğun və ya eyni çətinliklərin içində yalnız qalmış hiss edirsinizsə, bu vəziyyəti sizin gözlərinizdən anlamaq və birlikdə dəyişmək üçün buradayam.”
