Aynur Həsənzadə

Aynur Həsənzadə

Klinik psixoloq, psixoterapevt

Aynur Həsənzadə klinik psixoloq və psixoterapevt kimi 2022-ci ildən etibarən fəaliyyət göstərir. O, magistr təhsilini Italiyanın Pavia Universiteti-də Klinik Psixologiya və Neyroelm sahəsində, bakalavr təhsilini Xəzər Universiteti-də Psixologiya ixtisası üzrə fərqlənmə dərəcəsi ilə uğurla yekunlaşdırmışdır. Peşəkar inkişafına xüsusi önəm verən Aynur Həsənzadə Türkiyə, İtaliya, Almaniya və digər Avropa ölkələrində keçirilən beynəlxalq təlim və praktik proqramlarda iştirak edərək bilik və bacarıqlarını davamlı şəkildə təkmilləşdirmişdir. Fəaliyyətində peşəkar etik prinsipləri əsas istiqamət kimi qəbul edir və terapiya prosesində yalnız elmi əsaslara söykənən, effektivliyi sübut olunmuş yanaşmalardan istifadə edir. Bununla yanaşı, hər bir müraciətçinin yaşadığı təcrübənin unikal olduğunu nəzərə alaraq, onlara anlayış və həssaslıqla yanaşmağa xüsusi önəm verir. Aynur Həsənzadə, psixologiya sahəsindəki beynəlxalq təcrübəni əl çatan edərək, müraciət edən şəxslərin psixoloji rifahını və həyat keyfiyyətini artırmağa yönəlik olaraq Koqnitiv Davranış Terapiyası (CBT) və Şema terapiya yanaşmalarını tətbiq edir. Eyni zamanda, müasir neyroelm biliklərini terapiya prosesinə inteqrasiya edərək müraciətçinin çətinliklərinə daha dərin, sistemli və fərdiləşdirilmiş yanaşma təqdim edir.

İşlədiyi sahələr

  • Təşviş pozuntuları
  • Spesifik fobiyalar
  • Panik pozuntu
  • Sosial təşviş pozuntusu
  • Depressiv pozuntular
  • Travma və əlaqəli pozuntular
  • Bipolyar pozuntu
  • Şəxsiyyət pozuntuları
  • Obsesiv-kompulsiv və əlaqəli pozuntular
  • Diqqət əksikliyi və hiperaktivlik pozuntusu
  • Maddə və alkoqol istifadəsi ilə bağlı pozuntular
  • Davranış asılılıqları
  • Posttravmatik stress pozuntusu
  • Dissosiativ pozuntular
  • Qidalanma pozuntuları
  • Yas və itki ilə bağlı çətinliklər
  • Özünədəyər və özünəinamla bağlı çətinliklər
  • Münasibətlər və bağlanma ilə bağlı çətinliklər
  • Akademik stress və performansla bağlı narahatlıqlar
  • Ünsiyyət bacarıqları ilə bağlı çətinliklər
  • Diqqət və konsentrasiya çətinlikləri
  • Yuxu-oyanıqlıq pozuntuları
  • Psixosomatik simptomlar

Terapiya metodları

  • Koqnitiv Davranış Terapiyası
  • Rasional Emotiv Davranış Terapiyası
  • Sxem (Şema) terapiya

İşlədiyi yaş qrupu

18 yaşdan yuxarı yetkin fərdlər

Terapiya yanaşması

"Hekayənizə elmin işığında, dərinlik və incə həssaslıqla yanaşır, etibarlı və mühakiməsiz bir mühitdə anlaşılmağınıza və davamlı dəyişim yaratmağınıza dəstək oluram."


Peşəkar hazırlıq

Klinik Psixologiya və Neyroelm üzrə magistr dərəcəsi

Paviya Universiteti, İtaliya2023-2025

Psixologiya üzrə bakalavr dərəcəsi

Xəzər Universiteti2019-2023

İş təcrübəsi və sahə yönümü

Psixoloq

Elmi xarakterli müalicə və hospitalizasiya institutu, Paviya Universiteti, İtaliya2024-2025

Psixoloq

Qadınlar üçün Reabilitasiya Mərkəzi2023-2024

Psixoloq

PM Academy – Psixoloji xidmətlər və uşaq inkişafı mərkəzi2022-2023

Psixoloq

Azərbaycan Respublika Narkoloji Dispanseri2021-2022
Bizə müraciət edinAynur Həsənzadə - Klinik psixoloq, psixoterapevt | Mayak Kliniki Psixologiya Mərkəzi